• Ümumi məlumat
    Ümumi ərazi, [kv.km] 1504.00
    Əhalinin ümumi sayı 60917
    Kəndlərin sayı 29
    Qəsəbələrin sayı 9
    İri və orta müəssisələrin sayı 25
    Məktəbəqədər uşaq müəssisələrinin sayı 35
    Ümumtəhsil məktəblərinin sayı 39
    Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 1
    Ali təhsil müəssisələrinin sayı 0
    Xəstəxanalar və tibb müəssisələrinin sayı 13
    Mədəniyyət ocaqlarının sayı 92
  • Şəhər və iri qəsəbələrin adları
    1. Ağstafa şəhəri
    2. Vurğun qəsəbəsi
    3. Poylu qəsəbəsi
    4. Saloğlu qəsəbəsi
  • Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
    Gürcüstan Respublikası, Ermənistan Respublikası, Tovuz və Qazax rayonları
  • Əhali
    Əhalinin ümumi sayı 60917
    Şəhər əhalisinin sayı, [%] 20.17
    Kənd əhalisinin sayı, [%] 96.25
    Əhalinin orta sıxlığı 40.50
    Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 62.50
    Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 65.25
    Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 0.00
    Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 39.92
    Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 75.01
    Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 13.84
    Ali təhsilli əhalinin sayı, [%] 6.94
    Orta təhsilli əhalinin sayı, [%] 44.00
    Məskunlaşmış qaçqınların sayı 1590
    Məskunlaşmış məcburi köçkünlərin sayı 278
  • Ərazi
    Ümumi ərazi, [kv.km] 1504.00
    Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 205.00
    Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 503.00
    Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 771.00
    Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 194.00
    Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 0.00
    Şoran torpaqların ümumi sahəsi, [kv.km] -1.00
  • Tarixi haqqında qısa məlumat
    Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşir. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.

    Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Töyrətəpə, Şomutəpə, Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə. VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir.

    Hazırda rayonun Aşağı Göyçəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur.

    Rayonun ərazisindən keçən Kür çayının Ağstafaçay və Həsənsu kimi qolları da Ağstafa rayonunun hüdudlarındadır.

    Ağstafa rayonunun ərazisi 1504 kvadrat km, əhalisinin sayı 2004-cü ilin yanvarın 1-nə olan statistik məlumata görə 75700 nəfərdir.

    Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı "Qırmızı kitab"a düşmüş bir sıra bitki və quşlar qorunur.

    Ağstafa rayonu inzibati rayon kimi 1939-cu ilin yanvarın 24-də təşkil olunmuş, 1959-cu il dekabrın 4-də ləğv edilib Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprelindən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır. Ağstafa rayonu bir şəhər, doqquz qəsəbə və iyirmi doqquz kənddən ibarətdir.

    1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalininkənd, İskra, Marsovka, Oraq-Çəkic, V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur (Kalininkənd - Vurğun qəsəbəsi adı ilə (1990-cı il), Kirovkənd Həsənsu kəndi adı ilə (1990-cı il), İskra Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il), Marsovka Xətai kəndi adı ilə (1992-ci il)).

    Oraq-Çəkic - Qaçaq Kərəm kəndi adlandırılmış, V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

    2004-cü ildə rayonun inzibati bölgüsündə dəyişiklik edilərək yeni yaşayış məntəqələri uçota alınmışdır. Uzun illər Xutor adlanan yaşayış məntəqəsi Ağgöl adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

    Hazırda rayonda 48 kitabxana, 12 mədəniyyət evi, 1 musiqi məktəbi, 2 muzey, 26 klub var. Rayon əhalisinə səhiyyə xidməti göstərən 3 şəhər xəstəxanası, 9 kənd xəstəxanası, 6 həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi mövcuddur. Həkimlərin sayı 109, tibb işçilərinin sayı 418 nəfərdir.

    Rayon Təhsil şöbəsində gənc nəslin təlim-tərbiyəsi ilə 1702 müəllim məşğul olur. Rayonda 33 orta ümumi təhsil məktəbi, 2 əsas məktəb, 3 ibtidai, 1 litsey, 4 məktəbdənkənar tədris müəssisəsi, 35 uşaq bağçası fəaliyyət göstərir. Rayon mərkəzində Heydər parkı, S.Vurğun adına park və gənclərin mədəniyyət və istirahət parkı var.

  • Bələdiyyələr haqda məlumat
    Ağstafa rayonunda 29 bələdiyyə, o, cümlədən bir şəhər, 4 qəsəbə, 24 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyələr fəaliyyətə başladığı gündən 22382 hektar ümumi torpaq sahəsi onlara təhvil verilmişdir. Həmin torpaq sahəsinin 508 hektarı perspektiv inkişaf və 448 hektarı isə ehtiyyat fonda aiddir. Bələdiyyələrin fəaliyyəti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu və bu günə qədər qəbul olunmuş qanun və digər normativ aktlarla tənzimlənir. Ağstafa rayonunda 260 bələdiyyə üzvü və 52 nəfər bələdiyyə qulluqçusu vardır. 2007-ci ilin aprel ayının 25-də rayonda bələdiyyələrin fəaliyyətini canlandırmaq, əlaqələndirmək və istiqamətləndirmək məqsədi ilə rayon bələdiyyə sədrləri şurası təsis edilmiş, şuranın sədri və müavinləri seçilmişdir. Şura fəaliyyətə başladıqdan sonra hər bələdiyyə üzrə bir layihə hazırlanaraq təqdim olunmuşdur. Rayon bələdiyyələri Bakı şəhərində təsis edilmiş və fəaliyyət göstərən şəhər, qəsəbə və kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının üzvlüyünə qəbul olunmuşdur. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin iştirakına dair bələdiyyə sədrlərinin respublika toplantılarında və Bələdiyyələrin Milli Assosiasiyalarının keçirdiyi dəyirmi stol və seminarlarda iştirak edirlər. Eyni zamanda bələdiyyələr bu günə qədər respublikada fəaliyyət göstərən qeyri hökümət təşkilkatları ilə bir çox layıhələrin hazırlanıb həyata keçirilməsinə nail olmuşlar. “Azərbaycandə Yerli Demokratiya Həftəsi”nin keçirilməsi ilə əlaqədar 2007-ci ilin noyabr ayının 5-dən 11-dək Ağstafa rayonunda tədbirlər həyata keçirilməsinə başlanılmışdır. Belə ki, həmin tədbirlərdə müxtəlif mövzulara aid yığıncaqlar keçirilmiş, qaldırılmış məsələlər öyrənilmişdir. Tələb olunan sənədlər aidiyyəti üzrə göndərilmişdir. Bundan başqa bələdiyyələr rayonun ictimai həyatında fəaalıq göstərir və bir çox sosial problemlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
  • İri dövlət və şəxsi müəssisələr haqda məlumat
    1. M.Mikayılov adına Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı müəssisəsi. M.Mikayılov adına DDKTİM-də Azərbaycan “Dağ merenosu” qoyun cinsinin genefondunu qoruyub inkişaf etdirmək üçün 5600 baş davar saxlanılır. Müəssisənin torpaq sahəsi 4225 hektardır.

    2. Dilbaz yardımçı Atçılıq təsərrüfatı. Dilbaz atçılıq təsərrüfatında yerli genefond olan 82 baş Dilbaz atları yetişdirilir.Respublikada keçirilən at yarışlarında və cıdırda yerli dilbaz atlarının digər cinslərindən dözümlülüyünə görə seçilən genefond olması təsdiqlənir. Təsərrüfatın fəaliyyət göstərdiyi torpaq sahəsi 335 hektardır.

    3. Ağstafa Atçılıq zavodu. Atçılıq zavodunda təmiz qanlı İngilis cinsindən 88 baş minik atları yetişdirilir. Təmiz qanlı minik atları at yarışlarında və cıdırlarda digər cinslərdən cəldliyinə və sürətinə görə fərqlənir. Atçılıq zavodunda təmiz qanlı minik atlarından at idmanının inkişafı üçün də istifadə olunur. Zavodun “Çovkan” və “Sürpapaq” at oyunları komandası var. 2006-cı ildə Şəki rayonunda keçirilən Prezident Kuboku uğrunda yarışda Atçılıq zavodunun Cövkan komandası həmin kuboku almışdır. Torpaq sahəsi 690 hektardır.

    4. Üzüm tingliyi üzrə Dövlət Kənd Təsərrüfatı Müəssisəsi. Müsəssisə əsasən il ərzində 12000-15000 min ədəd üzüm tingi yetişdirir. Torpaq sahəsi 575 hektardır.

    5. Yardımçı Təcrübə təsərrüfatı. Təsərrüfatın əsas fəaliyyəti çəmən otlarının toxumunun yetişdirilməsidir. Torpaq sahəsi 63 hektardır.

    6. Yüksək vitaminli yem istehsalı zavodunda tikinti işlərinin 70 %-i başa çatdırılmışdır. Zavodun tikintisi sahibkarlığa kömək Milli fondunun hesabına aparılır. Zavodun tikintisi başa çatdıqdan sonra 30 min ton vitaminli zülalı yem, 10800 ton lüks-ekstra spirt, 3600 ton günəbaxan yağı və 30 min ton su istehsal olunması nəzərdə tutulur. Bu məhsulların istehsalı üçün 36 min ton taxıl, 3600 ton qarğıdalı, 10800 ton günəbaxan və 1566 ton yonca məhsulu tələb olunacaq.

    7. Ağstafa şəhərində “Ceyrançöl” MMC tərəfindən növbə ərzində 8 ton süd qəbul edəcək süd və süd məhsulları istehsal edən zavodun tikintisi başa çatmış və istifadəyə verilmişdir. “Ceryançöl” MMC-nə kompleks maldarlığın inkişaf etdirilməsi üçün 120 hektar torpaq sahəsi ayrılmışdır.

    - “Səbuhi” k/m-si Yusifov Qurban 120 baş iri buynuzlu mal-qaranın kökəldilməsi ilə məşğul olur.

    - “Vəsilə” kəndli fermer təsərrüfatı ,torpaq sahəsi 985 hektar, 1900 baş xırda buynuzlu davar saxlayır.

    - Hüseynov Musa Rəşid oğlunun 619 ha torpaq sahəsi var, 60 baş iri buynuzlu, 1200 baş xırda buynuzlu davar yetişdirir.

    Qocayev Əhməd Yusif oğlu ərazisi 700 ha, 2100 baş xırda buynuzlu davar yetişdirir.

  • Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri haqda məlumat
    Ağstafa rayonunda yerli əhəmiyyətli televiziya və radio kanalı yoxdur.

    Rayon ərazisində respublikada mövcud olan bütün televiziya kanalları normal yayımlanır. Həmin kanallardan başqa Tovuz rayonunun “Simurq” Tele-Radio kompaniyasının televiziya kanalına da baxılır.

    Ağstafa rauonunda “Ağstafa” adlı ictimai-siyasi qəzet nəşr olunur. Qəzet 1991-ci ildən çıxır və hər ay 8 səhifədən ibarət olmaqla mütəmadi nəşr olunur.

    Həmin qəzetdən başqa Yeni Azərbaycan Partiyasının “Ümid yolu” adı qəzetinin redaksiyası da Ağstafa şəhərində yerləşir. Qəzet mütəmadi olaraq hər ay çıxır.

    Rayonda bir neçə internet-kafe fəaliyyət göstərir. Internet xidmətinin fərdi istifadə edənlərin sayı 100-dən çoxdur.

  • Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
    Rayonda əsas təsərrüfat fəaliyyətini bitgiçilik və heyvandarlıq təşkil edir. 2007-ci ildə rayonda cəmi 26671,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bunun da 16802,9 min manatı bitkiçiliyin, 9868,3 min manatı isə heyvandarlığın payına düşür.

    Bundan başqa rayonda sənaye və tikinti sahələri surətlə inkişaf etdirilir.

  • Əsas kənd-təsərrüfat bitkilərinin adları
    1. Buğda
    2. Arpa
    3. Üzüm
    4. Kartof
    5. Tərəvəz
    6. Bostan bitkiləri
    7. Günəbaxan
    8. Qarğıdalı
    9. Sorqo
    10. Yonca
    11. Noxud
    12. Alma
    13. Armud
    14. Şaftalı
    15. Gavalı
    16. Nar
  • İri və xırda buynuzlu mal-qara haqda məlumat
    İri-buynuzlu mal-qara 23745 baş

    - o ,cümlədən inək və camışların sayı 10700 baş

    Xırda buynuzlu davarlar 167270 baş

    - o cümlədən ana qoyun və keçilərin sayı 87709 baş.

  • Quşçuluq haqda məlumat
    Ağstafa şəhərində 3200 baş, Vurğun qəsəbəsində 10200 baş, Poylu kəndində 12807 baş, Qıraq Kəsəmən kəndində 9842 baş, Dağ Kəsəmən kəndində 19865 baş, Köçəsgər kəndində 16785 baş, Aşağı Kəsəmən kəndində 12810 baş, Tatlı kəndində 5982 baş, Düzqışlaq kəndində 7000 baş, Pirili kəndində 7356 baş, Muğanlı kəndində 12968 baş, Sadıqlı kəndində 13410 baş, Köçvəlili kəndində 3810 baş, Xətai kəndində 13310 baş, Eynallı kəndində 5236 baş, Qarahəsənli kəndində 10250 baş, Göycəli kəndində 12438 baş, Qırılı kəndində 9316 baş, Böyük Kəsik kəndində 7613 baş, Saloğlu qəsəbəsində 7895 baş, Zəlimxan kəndində 9985 baş, Aşağı Göycəli kəndində 10116 baş, Xılxına kəndində 8690 baş, Poylu qəsəbəsində 6685 baş, Köhnəqışlaq kəndində 1216 baş, Ağgöl kəndində 4685 baş, Kolxəlfəli kəndində 8975 baş, Qarayazı qəsəbəsində 6500 baş quşlaq vardır.

    Rayon üzrə cəmi quşların sayı 273127 başdır. Yumurta istehsalı 6018 min ədəd olmuşdur.

  • İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
    Rayonda istirahət və turizm zonaları hələlik yoxdur. 2004-cü ilin martında rayonda yerləşən Keşikdağ mağaralar kompleksinin və Ağgöl ərazisinin respublikanın turizm marşrutuna salınması, Qarayazı Dövlət Qoruğunda Milli Park yaradılması barədə Gənclər, İdman və Turizm Nazirliyinə təkliflər göndərilmişdir. Eyni zamanda rayonun turizm xəritəsi hazırlanmış, rayondaxili 4 marşrut seçilmişdir. Həmin marşrutlar aşağıdakılardır:

    1. "Həsənsu" mehmanxanası, Aşağı Göyçəli kəndi, Ağstafa şəhəri, Göyçəli, Tatlı və Köhnəqışlaq kəndləri;
    2. Ağstafa mehmanxanası, Poylu, Qıraq Kəsəmən, Qarayazı meşəsi, Ağgöl ətrafı və Keşik dağ mağaralar kompleksi;
    3. "Həsənsu" mehmanxanası, Dağkəsəmən, Düzqıraq, Kolxəlfəli kəndləri və Kür çayı ətrafı;
    4. Ağstafa şəhərində 2004-cü ildə 4,5 hektarlıq sahədə 3000 yerlik futbol stadionunun tikintisinə başlanılmış, stadionun 2005-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

  • Qoruqlar haqda məlumat
    Qarayazı Dövlət Təbiət Qoruğunun sahəsi 9572 hektardır. Əsasən Tuqay meşəliyidir.6794 meşə ilə örtülü sahəsi var.

    Azərbaycan Respublikası Prezidentinin 19.12.2007-ci il tarixli 2363 saylı sərəncamına əsasən Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilmişdir.Həmin sərəncamın 30-cü bəndinə əsasən Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin tabeliyinə verilmişdir. Ağstafa Rayonu İcra Hakimiyyəti tərəfindən qoruğun fəaliyyət göstərməsi üçün Ağstafa şəhərinin mərkəzində Mənzil İstismar Sahəsinin balansında olan binada 3 otaq ayrılmışdır.

  • Avtomobil, dəmir yolları haqda məlumat
    Ağstafa rayonu daxilində dəmir yolu I və II kateqoriyadan ibarətdir.Baş yollar I kateqoriyaya aiddir. Bu da Qardabani-Böyük Kəsik mənzilinin 43 km-dən Tatlı-Tovuz mənzilinin 102 km-dək uzunluğunda olan ərazinin 95 km-ni təşkil edir.

    Qazax budaq qolu üzrə dəmir yolları isə II kateqoriyaya aiddir. Bu da stansiya Ağstafanın 2-ci km-dən Yeni Poylu-Qazax mənzilinin 7-ci km-dək uzunluğunda olan ərazinin 6 km-ni təşkil edir.

    Ağstafa rayonu ərazisində avtomobil yolları üç hissədən,respublika əhəmiyyətli yollardan, yerli əhəmiyyətli yollardan və şəhər yollarından ibarətdir.Respublika əhəmiyyətli yollar Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhəddinə qədər II kateqoriya olmaqla uzunluğu 20 km, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhəddinə qədər III kateqoriya olmaqla uzunluğu 54 km təşkil edir.

    Yerli əhəmiyyətli yollar III və İV kateqoriyaya mənsub olmaqla cəmi 109 km təşkil edir.

    Şəhər yollarının uzunluğu isə 67,6 km-dir.

    Rayon üzrə yolların uzunluğu 565,12 km-dir.

  • Tarixi və memarlıq abidələri haqda məlumat
    Daş dövrünə aid olan abidələr:

    1. Paleolit düşərgəsi yaşayış yeri (paleolit) - Köçəsgər kəndi
    2. Açıq paleolit düşərgəsi (paleolit) - Tatlı kəndi
    3. Töyrətəpə yaşayış yeri (neolit - tunc dövrü) - Aşağı Göyçəli kəndi
    4. I Şomutəpə yaşayış yeri (neolit) - Ağstafa şəhəri
    5. Qarğalar təpəsi yaşayış yeri (neolit) - Qırılı kəndi
    6. Arzamastəpə yaşayış yeri (neolit) - Vurğun qəsəbəsi
    7. Molla Nağı təpəsi (daş dövrü - eneolit) - Köçəsgər kəndi
    8. Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc) - Aşağı Göyçəli kəndi
    9. Çəpiiş təpəsi yaşayış yeri (eneolit - tunc) - Həsənsu çayının ətrafı
    10. Çinlitəpə yaşayış yeri (eneolit) - Tatlı kəndi

    Tunc dövrünə aid olan abidələr:

    1. Qədim yaşayış yeri və qəbiristanlıq (çoban daşı) (tunc - ilk dəmir dövrü) - Dağkəsəmən kəndi
    2. Cantəpə yaşayış yeri (tunc) - Ağstafa şəhəri
    3. Sarı qaznaq qəbiristanlığı (tunc) - Köçəsgər kəndi
    4. Alcaqtəpə yaşayış yeri (tunc-dəmir) - Tatlı kəndi
    5. Alcaqtəpə yaşayış yeri (tunc) - Tatlı kəndi
    6. Qabaqtəpə yaşayı yeri (tunc-dəmir) - Pirili kəndi
    7. Yastıtəpə yaşayış yeri (son tunc) - Ağstafa şəhəri
    8. Durnatəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi
    9. Böyüktəpə yaşayış yeri (son tunc - ilk dəmir) - Köçəsgər kəndi
    10. Hasarlıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
    11. Sarıtəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
    12. Qoşatəpə yaşayış yeri (son tunc - dəmir) - Yuxarı Göyçəli kəndi
    13. Hasarlıqala qədim yaşayış yeri (son tunc - dəmir) - Tatlı kəndi
    14. II Şomutəpə yaşayış yeri (tunc - ilk dəmir) - Yuxarı Göyçəli kəndi
    15. Nadir bəy təpəsi yaşayış yeri (son tunc) - Həsənsu kəndi
    16. Ağalıq təpəsi yaşayış yeri (son tunc - ilk dəmir) - Ağstafa-Qazax şosse yolu
    17. Arançı təpəsi yaşayış yeri (son tunc - dəmir) - Ağstafa-Dağkəsəmən yolu
    18. Dəyirmantəpə yaşayış yeri (son tunc - ilk orta əsr) - Dağkəsəmən yolu
    19. Ağtəpə yaşayış yeri (son tunc - antik dövr) - Aşağı Göyçəli kəndi
    20. Maraltəpə yaşayış yeri (son tunc - antik) - Aşağı Göyçəli kəndi
    21. Şiş Quzey piri (dəmir dövrü) - Köçəsgər kəndi
    22. Nekropol (antik dövr) - Pirili kəndi

    Orta əsrlərə aid olan abidələr:

    1. Tatlı Alban məbədi (ilk orta əsrlər) - Yuxarı Göyçəli və Tatlı kəndləri arasında
    2. Haça dağ airi tikilisi (orta əsrlər) - Köçəsgər kəndi
    3. Yaşayış yeri (IV-VII əsrlər) - Dağkəsəmən kəndi
    4. Kəhriz (XIX əsr) - Kolxələfli kəndi

  • Görkəmli şəxslər haqda məlumat
    1. Rəhimov İbrahim Rəhim oğlu (1849-1927) - Azərbaycanın ilk psixiatr-həkimi.
    2. Səmədağa Ağamalıoğlu (1867-1930) - məşhur inqilabçı, Azəbaycan MİK sədrinin müavini (1921), Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədrlərindən biri (1922-1929), Ümumittifaq Yeni Türk əlifbası komitəsinin sədri.
    3. Abdullayev İlyas Kərim oğlu (1913- ---) - Azərbaycan SSR EA-nın akademiki, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948-1950), kənd təsərrüfatı naziri (!950-1953), Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959), SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuşdur.
    4. Mustafayev Mehdi Həsən oğlu (1914-1979) - Sosialist Əməyi Qəhrəmanı, Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri (1948-1979), Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
    5. Tatlıyev Süleyman Bayram oğlu (1925) - Nazirlər Sovetində işlər idarəsinin müdiri (1970-1978), Nazirlər Soveti sədrinin I müavini (1978-1985), Respublika Ali Sovetinin Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti (1994-cü ildən), SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
    6. Bayramov Bayram Vahid oğlu (1935) - texnika elmləri namizədi, "Şöhrət" ordenli Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar səmərələşdiricisi, "Neft daşları" Neft Qaz Çıxarma İdarəsinin rəis müavini (1987-ci ildən).
    7. Abbaszadə Məleykə Mehdi qızı - texnika elmləri namizədi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri.
    8. Vəliyev Aif Mikayıl oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
    9. Cəfərov Nizami Qulu oğlu (1959) - filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Milli Məclisin üzvü, Atatürk Mərkəzinin direktoru.
    10. Həsənova Məlahət İbrahim qızı (1959) - həkim, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Milli Məclisin üzvü.
    11. Aslanov Aslan Məhəmməd oğlu (1926-1995) - fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977), Azərbaycan Elmlər Akademiyasının vitse-pezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1988-1995).
    12. Hacıqasımov Mustafa Mahmud oğlu (1883-1969) - tibb elmləri doktoru, professor, Azərbaycan SSR-nın əməkdar həkimi, əməkdar elm xadimi, respublikanın baş ginekoloqu (1952-1956).
    13. Səttarov Məqsəd Məmmədəli oğlu (1925-2000) - fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri (1972-2000).
    14. Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) (1924-1994) - Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1994).
    15. Həsənzadə Nəriman Alməhəmməd oğlu (1931) - şair, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli, filologiya elmləri namizədi.
    16. Hüseynov İsa Mustafa oğlu (1928) - Azərbaycanın xalq yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi, bir çox filmlərin ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, "İstiqlal" ordenli Prezident təqaüdçüsü.
    17. Abbasov Həmid Məhəmmədli oğlu (1935-1999) - şair, əməkdar incəsənt xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999).
    18. Babanlı Vidadi Vaqif oğlu (1927) - yazıçı, əməkdar incəsənət xadimi, "Azəbaycan" jurnalının nəşr şöbəsinin müdiri (1961-1968), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981).
    19. Eyvazlı Fərman Allahverdi oğlu (1930-1996) - yazıçı, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996).
    20. Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) - şair, Respublika Lenin komsomolu mükafatı laureatı, Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), "Azərbaycanfilm" kinostudiasında baş redaktor.
    21. Allahverdiyev Müseyib Abdulla oğlu (1909-1969) - Sovet İttifaqı Qəhrəmanı (1945), tağım komandiri.
    22. Alıcanov Rafiq Cəfər oğlu (1965-1993) - Azərbaycanın Milli Qəhrəmanı.
    23. Babayev Əjdər Xalıqverdi oğlu (1950-1995) - Azərbaycanın Milli Qəhrəmanı.
    24. Həsənov İlham Gülbala oğlu (1976-1995) - Azərbaycanın Milli Qəhrəmanı.
    25. Qurbanov Novruz Əliyullah oğlu (1975-1995) - Azərbaycanın Milli Qəhrəmanı.
    26. Qədiməliyev Arif Massiv oğlu (1975-1995) - Azərbaycanın Milli Qəhrəmanı.
    27. Abbasov Fərzalı Hatəm oğlu (1932) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
    28. Eminov Əsgər Abdulla oğlu (1924) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
    29. Məmmədova Yasəmən Niftalı qızı (1924) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
    30. Məmmədova Umleyla Alı qızı (1916) - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
    31. Mirzəyev Baba Mahmud oğlu (1940) - müğənni, Azərbaycanın xalq artisti.
    32. Qasımov Tariyel İsgəndər oğlu (1939) - aktyor, Azərbaycanın xalq artisti.
  • Foto Albom