İNVESTİSİYA MÜHİTİ

2011-ci ildə əsas kapitala yönəldilmiş xarici investisiyalar haqqında

2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12776,4 mln. manat investisiya yönəldilmişdir. Bu vəsaitin 80,3%-ni (10260,4 mln. manat) daxili investisiyalar, 19,7%-ni (2516 mln. manat) isə xarici investisiyalar təşkil etmişdir.

2011-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyanın 9811,5 mln. manatı (76,8%-i) qeyri-neft sektorunun, 2964,9 mln. manatı (23,2%-i) isə neft sektorunun inkişafına yönəldilmişdir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2011-ci ildə əsas kapitala yönəldilmiş xarici investisiyanın 2117,5 mln. manatı (84,2%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorların payına düşür.











yuxarı