Banerlər
Xəbərlər

 

TÜRK DÜNYASININ KORİFEY BƏSTƏKARLARINA EHTİRAM

Aprelin 25-də Ankarada TÜRKSOY və SANKON qurumunun birgə təşkilatçılığı ilə türk dünyası qadın bəstəkarlarının konserti keçiriləcək.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Tatarıstan və Başqırdıstan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Azərbaycandan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə və istedadlı bəstəkar Xədicə Zeynalovanın əsərlərinin ifa olunacağı konsertdən əvvəl isə Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsi ərazisində türk dünyası korifey bəstəkarlarının adı veriləcək evlərin açılışı olacaq.

Qeyd edək ki, həmin evlərdən birinə azərbaycanlı bəstəkar Qara Qarayevin adı veriləcək.

BAKI. 20.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7017
Avro
1.9590
Rusiya rublu
0.0288
Hava proqnozu
+38°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010