Banerlər
Xəbərlər

 

MURMANSKDA AZƏRBAYCAN MİLLİ MƏDƏNİYYƏTİ GÜNÜ QEYD EDİLİB

Murmansk şəhərindəki 10 nömrəli kitabxanasının informasiya-intellektual mərkəzində “Azərbaycan Milli Mədəniyyəti Günü” adlı tədbir keçirilib. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi məlumata görə, tədbir ÜAK-ın Murmansk vilayət bölməsi tərəfindən təşkil edilib.

Məlumatda bildirilir ki, ÜAK-ın Murmansk vilayət bölməsinin sədr müavini Hüseyn Hüseynov tədbirdə çıxış edib. H. Hüseynov təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, azərbaycanlılar regionun mədəni həyatında fəal iştirak etməyə, xalqımızın zəngin, bənzərsiz mədəniyyətini nümayiş etdirməyə çalışır, bununla da Murmansk diyarında millətlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə öz töhfələrini verirlər.

H.Hüseynov tədbirin qonaqlarını Azərbaycanın rəngarəng mədəniyyəti ilə tanış etmək üçün yaradılmış imkana görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib və gecənin fəxri qonaqlarına ÜAK-ın Murmansk Vilayət bölməsi adından xatirə hədiyyələri təqdim edib.

Tədbirin qonaqları kitabxanada təşkil edilmiş milli Azərbaycan geyimləri sərgisi ilə, habelə Azərbaycan xalqının məişətini, onun zəngin tarixi-mədəni irsini əks etdirən suvenir məhsulları ilə tanış olublar.

Milli Azərbaycan mətbəxinin ləziz nümunələri, xüsusən şirniyyat qonaqların hər birinin xoşuna gəlib.

Onu da qeyd edək ki, RAGB-nin yerli bölməsinin rəhbəri Elvira Hüseynova başda olmaqla RAGB-nin gənc fəalları tədbirin konsert proqramı ilə çıxış ediblər.

BAKI. 15.05.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7017
Avro
1.9590
Rusiya rublu
0.0288
Hava proqnozu
+38°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010