Banerlər
Xəbərlər

 

HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ ŞƏKİ QARIŞIQ TİPLİ UŞAQ EVİ ÜÇÜN YENİ BİNA İNŞA OLUNACAQ

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıblar. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.

Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların mövcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyəsinin və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.

BAKI. 12.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9959
Rusiya rublu
0.0287
Hava proqnozu
+14°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010