Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN VƏ QAZAXISTAN ARASINDA GÖMRÜK SAHƏSİNDƏ QARŞILIQLI ƏMƏKDAŞLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR

Azərbaycan və Qazaxıstan arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər iyunun 13-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Bakı şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Аrdak Tengebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxıstan və Azərbaycanın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəlilədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya layihələrindən bəhs edən Aydın Əliyev informasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayıb, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər layihələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib.

Komitə sədri gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və sair belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Аrdak Tengebayev ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında əməkdaşlıqdan da razılıqla söhbət açan Аrdak Tengebayev Azərbaycan gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu təcrübədən yararlanmağın ümumi işə faydasından bəhs edib və yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüş başa çatdıqdan sonra isə Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olublar.

BAKI. 14.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7007
Avro
2.0368
Rusiya rublu
0.0293
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010