Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İDMANÇISI AVROPA OLİMPİYA FESTİVALININ GÜMÜŞ MEDALINI QAZANIB

Macarıstanın Dyop şəhərində yeniyetmələrin Avropa Olimpiya Festivalı start götürüb. Festivalın proqramına daxil olan cüdo yarışlarında ölkəmizin yığma komandası da iştirak edir.

Festivalda Azərbaycan komandasının tərkibində ilk uğur qazananlardan biri “Judo Club-2012” idman klubunun yetirməsi Vüsalə Kərimova olub. Yarışların birinci günündə o, 40 kiloqram çəki dərəcəsində mübarizədə Fransa və Rusiya cüdoçularına qalib gəlib. O, həlledici görüşdə Belçika idmançısı Jente Verstraytenə məğlub olaraq Avropa Olimpiya Festivalının gümüş medalına layiq görülüb.

Digər yeniyetmə cüdoçularımız mübarizəni davam etdirirlər.

BAKI. 27.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0010
Rusiya rublu
0.0295
Hava proqnozu
+19°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010