Banerlər
Xəbərlər

 

SENTYABRDA BAKIDA “CASPIAN IND EXPO” BEYNƏLXALQ SƏNAYE SƏRGİSİ KEÇİRİLƏCƏK

“İnternatıonal Trade Faırs Group” Beynəlxalq Sərgi Şirkətinin təşkilatçılığı ilə sentyabrın 13-dən 15-nə kimi “Baku Expo” Beynəlxalq Sərgi Mərkəzində “Caspian İnd Expo” (İnternational İndustry Exhibition) adlı beynəlxalq sənaye sərgisi keçiriləcək.

“İTF Group” şirkətinin rəhbəri Həsən Mürtəci bildirib ki, sərgiyə müxtəlif xarici ölkələrdən tanınmış şirkətlər dəvət olunub. Bu beynəlxalq sərgidə sənayenin bütün sahələrinə (neft-qaz və kimya, energetika, kənd təsərrüfatı, dağ-mədən, tikinti və inşaat materialları, qida, polad istehsalı, yem istehsalı, kübrə istehsalı, mebel istehsalı, plastik qablaşdırma, çap sənayesi, kağız istehsalı və s.) aid məhsul və xidmətlər nümayiş olunacaq. Sərgi günlərində yerli və xarici şirkətlərin nümayəndələrinin daha yaxından tanış olmaları və məhsuldar iqtisadi münasibətlər qurmaları üçün biznes-forum da keçiriləcək.

BAKI. 31.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
1.9963
Rusiya rublu
0.0287
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010