Banerlər
Xəbərlər

 

BUİLKİ “MİLLİ KİNO MÜKAFATI”NA VAQİF MUSTAFAYEV LAYİQ GÖRÜLÜB

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı builki “Milli Kino Mükafatı” sahibinin adını açıqlayıb.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayev “Milli Kino Mükafatı”na (2000 manat) layiq görülüb. Mükafat 2 avqust - Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə təqdim ediləcək.

Xatırladaq ki, Vaqif Mustafayev ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev” çoxseriyalı filminin, tamaşaçıların rəğbətini qazanmış “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Yaramaz”, “Yoxlama” və digər filmlərin rejissoru və ssenari müəllifidir.

BAKI. 31.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0010
Rusiya rublu
0.0295
Hava proqnozu
+19°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010