Banerlər
Xəbərlər

 

QADIN VOLEYBOLÇULARDAN İBARƏT AZƏRBAYCAN MİLLİSİ İTALİYA YIĞMASINA QALİB GƏLİB

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçını keçirib.

Baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə üçüncü dəfə görüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandamızın İtaliya voleybolçuları ilə əvvəlki iki görüşü rəqibin xeyrinə başa çatmışdı - 3:0 və 3:2.

BAKI. 08.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7007
Avro
2.0368
Rusiya rublu
0.0293
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010