Banerlər
Xəbərlər

 

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI İLƏ TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASI ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.

Türk Şurası katibliyindən verilən məlumata görə, sənəd İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.

İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatına müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.

BAKI. 11.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9959
Rusiya rublu
0.0287
Hava proqnozu
+14°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010