Banerlər
Xəbərlər

 

"WORLDFOOD MOSCOW"DA AZƏRBAYCAN STENDİNİ 1000-DƏN ÇOX ŞİRKƏTİN NÜMAYƏNDƏSİ ZİYARƏT EDİB

"WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk 2 günü ərzində Rusiya Federasiyası və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən çox şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Made in Azerbaijan" vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.

"WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ölkəmizin "Made in Azerbaijan" vahid ölkə stendinə sərgi ziyarətçiləri və tədbir iştirakçısı olan ölkələrin şirkətləri tərəfindən böyük maraq göstərilir.

Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu "WorldFood Moscow" sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.

BAKI. 14.09.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7007
Avro
2.0368
Rusiya rublu
0.0293
Hava proqnozu
+34°
 / +21°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010