Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN MİLLİ KOMANDASININ ÇEXİYA YIĞMASI İLƏ KEÇİRƏCƏYİ OYUN ÜÇÜN HEYƏTİ MÜƏYYƏNLƏŞİB

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya yığması ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib.

Heyətdəki ilk onbirliyi milli komandanın baş məşqçisi Robert Prosineçki oktyabrın 4-də keçirdiyi mətbuat konfransında açıqlayıb.

Baş məşqçi start heyətdə Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacaqlarını deyib.

R.Prosineçki bildirib ki, Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

BAKI. 05.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010