Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ BOLİVİYA PREZİDENTİNƏ TƏQDİM EDİB

Azərbaycan Respublikasının Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdən sonra Azərbaycan səfiri ilə Boliviya Prezidenti arasında görüş olub.

Səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Azərbaycan səfiri Prezident E.Moralesə ölkəmiz haqqında ətraflı məlumat verib.

Görüşdə, həmçinin Azərbaycan ilə Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

BAKI. 05.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010