Banerlər
Xəbərlər

 

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN MASAZIR QƏSƏBƏSİNDƏ SALINAN ŞƏHƏRCİKDƏ TİKİLƏN YENİ ÜÇ BİNADA MƏNZİLLƏRİN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ KEÇİRİLİB. BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA MƏRASİMDƏ İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.

Bildirildi ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

BAKI. 06.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010