Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN MİLLİSİ DÜNYA ÇEMPİONATININ SEÇMƏ MƏRHƏLƏSİ ÇƏRÇİVƏSİNDƏ BU GÜN SONUNCU OYUNUNU KEÇİRƏCƏK

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.

Millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığmasının qonağı olacaq.

Oyunu latviyalı baş hakim Andris Treymanis idarə edəcək. Ona həmyerliləri Harald Qudermanis və Aleksey Spasyonnikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.

Matçın hakim-inspektoru italiyalı Matteo Simone Trefoloni, komissarı isə belçikalı Jan-Fransua Kruk olacaq.

Yığmamızın yer aldığı “C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan San-Marino yığması isə sonuncudur.

BAKI. 09.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010