Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN DANİMARKADAKI DİASPORU TÜRKİYƏ SƏFİRLİYİ İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

Türkiyə Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü ilə əlaqədar bu ölkənin Danimarkadakı səfirliyi tərəfindən təşkil olunan rəsmi ziyafətdə Azərbaycanı krallıqda fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin fəalları təmsil ediblər. Kopenhagendə keçirilən rəsmi qəbula krallığın dövlət və hökumət nümayəndələri, media mənsubları, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət, habelə müxtəlif türkdilli icmaların nümayəndələri qatılıblar. Mərasim Türkiyənin Danimarkadakı səfiri Uğur Kenan İpek tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuması ilə başlayıb. Tədbir rəsmi ziyafətlə davam edib.

Danimarka “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi səfir Uğur Kenan İpeklə söhbət əsnasında birgə reallaşdırılan layihələrdən danışıb. Həmçinin iki qardaş dövlətin şimali Avropa ölkələrində diplomatik və diaspor istiqamətlərində əməkdaşlığı daha da genişləndirməsi yolları müzakirə edilib.

Səfər Sadiqi ziyafətdə iştirak edən qonaqlara da ölkəmizin reallıqları barədə geniş məlumat verib. O, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələri, qazandığı uğurları ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdən bəri işğal edildiyi faktını diqqətə çatdırıb.

BAKI. 31.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9963
Rusiya rublu
0.0287
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010