Banerlər
Xəbərlər

 

RUSİYANIN REGİONAL AZƏRBAYCAN İCMALARININ NÜMAYƏNDƏLƏRİ AKADEMİK FAZİL QURBANOVA MÜRACİƏT EDİBLƏR

Rusiya Federasiyasının regional Azərbaycan icmalarının nümayəndələri akademik Fazil Qurbanova məktublarla müraciət ediblər. Məktublarda bildirilir ki, müəlliflər akademikə qüsursuz reputasiyalı, işə peşəkarlıqla yanaşan və fəal həyat mövqeyi ilə seçilən, Rusiyanın Azərbaycan diasporunun lideri olmağa layiq bir insan kimi müraciət edirlər.

Məktublarda həmçinin qeyd edilir ki, Rusiyada Azərbaycan diaspor təşkilatlarının sayı çoxdur, buna baxmayaraq Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.

Regional təşkilatlar uzun illər boyu Rusiya Federasiyasının ictimai həyatında böyük rol oynayıb, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanlarını genişləndirib, Azərbaycan tarixi, bu ölkənin yüksək mənəvi mədəniyyəti barədə həqiqəti Rusiyanın geniş ictimaiyyətinə çatdırıblar.

Onu da qeyd etmək lazımdır ki, həmvətənlərimiz Rusiya Federasiyasının ictimai həyatında, o cümlədən Ümumrusiya Xalq Cəbhəsinin fəaliyyətində mühüm rol oynayıblar.

Rusiyanın ümummilli lideri Vladimir Putinin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə yaradılmış təşkilat, təəssüf ki, RF-də oynadığı fəal rolu itirib. Onun mühüm tövsiyə və məsləhətlərə etinasızlıq göstərməsi nəticəsində kədərli bir vəziyyət yaranıb.

Səhvlər çox olub və bu gün - Rusiyanın demokratik, qanunun aliliyi prinsipinin rəhbər tutulduğu bir ölkəyə çevrildiyi vaxtda belə qüsurlar qaçılmaz nəticələrə gətirib çıxarıb.

Məktubların müəllifləri akademik Fazil Qurbanovun fəaliyyətini yüksək qiymətləndirərək ondan, həmvətənlərimizi birləşdirə biləcək və əvvəlki təşkilata həvalə olunmuş, sonra isə itirilmiş məqsədləri həyata keçirə biləcək yeni təşkilata rəhbərlik etsin, həmçinin Azərbaycan icmasının Rusiya cəmiyyətində mühüm və qüdrətli bir qüvvəyə çevrilməsi üçün hər cür şərait yaratmasını xahiş edirlər.

BAKI. 25.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9994
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010