Banerlər
Xəbərlər

 

AVROPADAKI AZƏRBAYCANLILAR BRÜSSELDƏ AVROPA PARLAMENTİNİN BİNASI QARŞISINDA AKSİYA KEÇİRİBLƏR

Noyabrın 24-də Avropadakı azərbaycanlılar Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın soydaşımız iştirak edib.

Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaq olub. Əllərində Azərbaycan bayraqları tutan aksiya iştirakçıları münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və terror aktları, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndiriblər.

İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar.

İki saat davam edən aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Avropa İttifaqının, ümumiyyətlə, bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat qəbul edilib.

Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığı, on minlərlə insanın qətlə yetirilməsinə səbəb olduğu vurğulanır. Avropada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrəti təlqin edən fəaliyyətindən dərin narahatlığını ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırır. Bəyanatda, həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən “Böyük Ermənistan” xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün ciddi təhdidə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Qeyd edək ki, aksiyada Avropada fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

BAKI. 25.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9994
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010