Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-TÜRKİYƏ 10-CU YÜKSƏK SƏVİYYƏLİ HƏRBİ DİALOQ İCLASININ PROTOKOLU İMZALANIB

Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu yüksək səviyyəli hərbi dialoq iclası işini başa çatdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclasının yekunlarına dair protokol imzalanıb.

BAKI. 07.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
1.9994
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010