Banerlər
Xəbərlər

 

CÜDO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ İKİNCİ GÜNÜNÜN QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir.

Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Kənan Quluzadə (73 kq), Fəqan Quluzadə (81 kq) və Əbdülhəqq Rəsullu (90 kq) öz çəki dərəcələrində Azərbaycan çempionu adına layiq görülüblər.

Xatırladaq ki, dekabrın 28-də 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Qeyd edək ki, dekabrın 28-də yekun vurulacaq respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır.

BAKI. 27.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0981
Rusiya rublu
0.0279
Hava proqnozu
+13°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010