Banerlər
Xəbərlər

 

FRANSA PORTALI AZƏRBAYCANLA BAĞLI SİLSİLƏ MƏQALƏLƏR YAYIB

Fransanın “LaCroix” portalında Azərbaycanla bağlı silsilə məqalələr yayılıb.

Müəllifi Pola Buaye olan məqalələrdə ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən burada mövcud olan xristian kilsələrindən söhbət açılır.

Müəllif qeyd edir ki, Quba rayonunun Xınalıq və Qırız kəndləri dünyada ən yüksək yaşayış məskənlərindəndir. Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür.

Ölkəmizin qədim tarixi abidələrindən bəhs edilən məqalələrdə, həmçinin Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verilir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğu vurğulanır.

Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır. Bu sənəti yaşadanlardan biri Hüseyn Hacımustafazadə ilə söhbətində Pola Buaye məlumat verir ki, şəbəkə üslubunda hazırlanmış məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.

BAKI. 09.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010