Banerlər
Xəbərlər

 

“YARAT”DAN UŞAQLAR ÜÇÜN NÖVBƏTİ LAYİHƏ

Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Robotların köməyi ilə ətraf mühiti qoruyaq” adlı tədbir keçiriləcək.

“Mars Academy”nin tərəfdaşlığı ilə reallaşacaq tədbir çərçivəsində dörd istiqamətdə peşəkar dərslər keçiriləcək, balacalar proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət haqqında məlumat əldə edəcəklər.

Eyni zamanda, uşaqlar robotların uyğun konstruksiyalarını toplayacaq, sonra onları ayrı-ayrılıqda proqramlaşdıracaqlar.

Layihədə 5-12 yaş arası uşaqlar iştirak edə bilər.

BAKI. 11.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010