Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN BİZNES STRUKTURLARI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Tbilisidə səfərdə olan “Baku Business Factory”nin (BBF) nümayəndələri yanvarın 11-də Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşüblər.

BBF-nin idarə heyətinin üzvü Anar Əskərov görüşdə qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı startap layihələrin əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Sonra o, BBF-nin fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları ilə bağlı G.Çerkezişviliyə məlumat verib.

Nazir müavini Georgi Çerkezişvili Gürcüstanda startap layihələrinə göstərilən dəstəklə bağlı məlumat verib. Bildirib ki, hazırda nazirliyin əsas hədəfi Gürcüstanın regionlarındakı layihələrə dəstək verməklə onların inkişafını təmin etməkdir.

Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub.

BAKI. 12.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0981
Rusiya rublu
0.0279
Hava proqnozu
+13°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010