Banerlər
Xəbərlər

 

FUTZAL ÜZRƏ AZƏRBAYCAN YIĞMASI DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNDƏ PORTUQALİYA MİLLİSİ İLƏ QARŞILAŞIB

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının dörddəbir final mərhələsində fevralın 6-da Portuqaliya yığması ilə qarşılaşıb.

Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, Portuqaliya yığması qitə çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub və qrupda ikinci yeri tutaraq dörddəbir finala adlamışdı.

BAKI. 07.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010