Banerlər
Xəbərlər

 

GƏNC TAMAŞAÇILAR TEATRININ TAMAŞASI RUSİYANIN MƏŞHUR TEATR JURNALINDA

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının “Strastnoy bulvar 10” jurnalında bu ölkənin Kalmıkiya Respublikasının Elista şəhərində keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalına həsr edilən məqalə dərc edilib. Xəbər verdiyimiz kimi, ötən ilin oktyabrında keçirilən beynəlxalq festivalda ölkəmiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) hazırladığı Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunub. Tamaşa festivalda xüsusi diploma layiq görülüb.

Teatrdan verilən məlumata görə, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival və tədbir çərçivəsində nümayiş olunan tamaşalar haqqında geniş şərhlərdən ibarət olan məqalədə ADGTT-ın festivalda iştirakı və təqdim etdiyi tamaşa haqqında müsbət rəylər yazılıb.

Yazıda B.Basqanov adına Kalmık Milli Dram Teatrı ilə ADGTT-ın yaradıcılıq əlaqələri, aktyorlarımız Elnur Kərimov, Günel Məmmədovanın tamaşada xüsusi aktyor tapıntıları və tamaşaçı simpatiyası qazanmaları, Xalq Artisti Ağaxan Salmanlının oyunu və rejissor kimi bacarığı, həmçinin tamaşada rol alan aktyorlarımız İlham Əsədov, Elnur Hüseynov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aygün Fətullayevanın yaratdıqları obrazlar yüksək dəyərləndirilib. Məqalədə vurğulanıb ki, aktyorların mükəmməl səhnə bacarıqları, yüksək sənətkarlıq nümayiş etdirmələri tamaşaya xüsusi hiss və enerji bəxş edib.

Qeyd edək ki, jurnal Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı tərəfindən 1997-ci ildə təsis edilib və ölkədə baş verən teatr prosesləri haqqında ən son məlumat və görkəmli teatr xadimlərinin yaradıcılığını özündə əks etdirən nüfuzlu nəşrdir.

Məqalə ilə ətraflı http://strast10.ru/node/4463 linkindən tanış ola bilərsiniz.

BAKI. 08.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010