Banerlər
Xəbərlər

 

“AZƏRBAYCAN MEMARLIĞINDA ALMAN İRSİ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Fevralın 8-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Elçin Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin və Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunmuş “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 200 il əvvəl və sonralar Azərbaycanda məskunlaşmış almanların mədəniyyətimizə töhfəsindən və onların memarlıq tarixindən danışıb. Bildirib ki, alman memarları XIX əsrin sonu, XX əsrin əvvəllərində kapitalist Bakısının memarlıq incilərinin yaranmasına öz töhfələrini veriblər. Onların layihələri əsasında ərsəyə gəlmiş tikililər vaxtilə Azərbaycan memarlığının və Bakı, Gəncə, Lənkəran, Naxçıvan kimi şəhərlərin inkişafında yeni mərhələ təşkil edib.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab alman irsinin Azərbaycanda qorunub saxlanmasına görə minnətdarlığını bildirib və kitabı mənsub olduğu xalqın mədəniyyətinə töhfə kimi dəyərləndirib.

Sonda Elçin Əliyev nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib və kitabları öz imzası ilə oxuculara təqdim edib.

BAKI. 09.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010