Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN CÜDOÇUSU FRANSADA KEÇİRİLƏN "BÖYÜK DƏBİLQƏ" TURNİRİNDƏ MEDAL QAZANIB

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" yarışı keçirilib.

Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Azərbaycanın cüdo üzrə milli komandası mötəbər çempionatda bir bürünc medal qazanıb. 78 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində üçüncü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə məğlub olaraq ölkəmizə bürünc medal qazandırıb.

BAKI. 12.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010