Banerlər
Xəbərlər

 

ÜZGÜÇÜLÜK ÜZRƏ “QIZIL BALIQ” AÇIQ BAKI BİRİNCİLİYİNƏ YEKUN VURULUB

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 174 idmançı birincilik uğrunda mübarizə aparıb.

Birincilikdə 50 metr məsafəyə arxasıüstə üsulla üzgüçülük yarışlarında qızlar arasında Valeriya Vaskovskaya, oğlanların mübarizəsində isə Rahib Hümbətzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlli metr məsafəyə sərbəst üsulla yarışlarda Yelizaveta Boqatıryova, Əsgər Yaşar, 50 metr məsafəyə batterflay üsulla üzgüçülükdə Leyla Babayeva və Çingiz Fəttahov qızıl medal qazanıblar. Yüz metr məsafəyə sərbəst üsulla mübarizədə Nikol Matyuşenko, Oqtay Hüseynov, 100 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə Valeriya Vaskovskaya, Əsgər Yaşar, 50 metr məsafəyə brass üsulla yarışlarda V.Vaskovskaya və Beker Timur birinci olublar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

BAKI. 14.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.1179
Rusiya rublu
0.0300
Hava proqnozu
+10°
 / +4°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010