Banerlər
Xəbərlər

 

MOLDOVADA XOCALI SOYQIRIMI İLƏ BAĞLI ERMƏNİSTAN SƏFİRLİYİ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Fevralın 26-da Moldova Azərbaycan Konqresinin gənclər təşkilatı ilə Moldova Azərbaycanlı Tələbələr Birliyi Kişineunun mərkəzi meydanında yerləşən Ştefan Şel Mare heykəlinin önündə fləşmob təşkil ediblər.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, fləşmobdan sonra azərbaycanlı gənclər Ermənistan səfirliyinə yürüş aksiyası keçiriblər.

Aksiya yerli əhalinin Xocalı faciəsinə diqqətini cəlb etmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyıb. Aksiya iştirakçıları tərəfindən Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər yolboyu Kişineu sakinlərinə və turistlərə paylanılıb.

Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət", "Təcavüzə son", "Qarabağ bizimdir və bizim olacaq", "Serj Sarkisyan terroristdir" şüarları ilə Ermənistan səfirliyinin önünə qədər yürüş edərək orada aksiyanı davam etdiriblər.

Moldova Azərbaycan Konqresinin gənclər təşkilatının sədri Səfər Məmmədov aksiya iştirakçıları qarşısında çıxış edib, dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.

Moldova Azərbaycanlı Tələbələr Birliyinin sədri Orxan Ağayev yerli mediaya müsahibəsində qeyd edib ki, burada yaşayan azərbaycanlı gənclər bu aksiya ilə bütün dünyaya erməni işğalçılarının dinc sakinlərə qarşı törətdikləri amansız cinayətləri çatdırmaq istəyir.

Sonda aksiya iştirakçıları tərəfindən Moldovada BMT-nin və ATƏT-in nümayəndəliklərinə Xocalı soyqırımının tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbi ilə bəyannamə çatdırıblar.

BAKİ. 27.02.2018. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9230
Rusiya rublu
0.0255
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010