Banerlər
Xəbərlər

 

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA NƏQLİYYAT-TRANZİT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.

İqtisadiyyat Nazirliyindən bildiriblər ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil qoyub.

Sonra ölkəmizin nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb. Yaradılan infrastruktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yükdaşımaların daha da artırılmasına geniş imkanlar açır. Görüşdə Transxəzər-Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi qeyd olunub, ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat-tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti müzakirələri davam etdirmək məqsədilə Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat - tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.

BAKI. 05.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010