Banerlər
Xəbərlər

 

DƏNİZKƏNARI BULVARDA YELKƏNLİ QAYIQLARIN PARADI TƏŞKİL EDİLİB

Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Yelkənli İdman Federasiyası tərəfindən Dənizkənarı Bulvarda yelkənli qayıqların paradı təşkil edilib.

Parad şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı qısa müddətdə müsbət nəticəsini göstərib. Azərbaycanda idmanın inkişafını Olimpiya, Paralimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar.

BAKI. 06.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010