Banerlər
Xəbərlər

 

DÜNYA TAEKVONDO FEDERASİYASININ YENİ REYTİNQ CƏDVƏLİNİN İLK ONLUĞUNDA ÜÇ İDMANÇIMIZ YER ALIB

Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Mart ayı üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb. Hesabında 423,14 xal olan “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ikinci pillədədir. Dünya çempionu və Olimpiya mükafatçısı Milad Beigi Hərçeqani də (80 kq) 444,93 xalla reytinq cədvəlində ikinci yerdə qərarlaşıb. Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2015”in və İslamiadanın çempionu olan Ayxan Tağızadə isə 197,23 xalla səkkizinci pillədə yer alıb.

Reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.

BAKİ. 12.03.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010