Banerlər
Xəbərlər

 

MİNSKDƏ MDB ÖLKƏLƏRİNİN GƏNCLƏRLƏ İŞ ÜZRƏ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Belarusun paytaxtı Minskdə MDB-yə üzv ölkələrin Gənclərlə İş üzrə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizi tədbirdə təmsil edib.

İclas çərçivəsində “MDB üçün 100 ideya” gənclər layihələrinin sərgisi keçirilib. Sərgidə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya, Tacikistan, Qırğızıstan və Ermənistan təmsil olunub. Azərbaycan ekspozisiyası sərginin ən gözəl və zəngin tərtib olunmuş pavilyonlarından biri olub. Milli pavilyonda şirniyyatlarımızın (paxlava, şəkərbura, quru meyvələr) pulsuz paylanması buraya daha çox insanların maraq göstərib yaxınlaşmasına səbəb olub. Tədbirdə səfirlik tərəfindən Belarusda təhsil alan 20-dən çox azərbaycanlı tələbənin cəlb edilməsi təmin olunub. Sərgidə Azərbaycandan gəlmiş muğam triosunun ifasında “Uzun dərə”, “Sarı gəlin” rəqsləri, “Mehriban olaq”, “Qarabağ”, “Şuşanın dağları” mahnıları ifa edilib. Musiqi nümunələrimiz milli geyimdə qız və oğlan rəqqaslarımızın müşayiəti ilə təqdim olunub. Çıxışlar zamanı azərbaycanlı tələbələrimiz mahnıların nəqarət hissəsini musiqiçilərimizlə bərabər ifa edib, səhnədə yallı gedərək onlara dəstək olublar. Ölkəmizin təqdimatı sərgi iştirakçıları və qonaqlarda böyük marağa səbəb olub.

Sərgidə iştirak edən Ermənistan nümayəndələrinin fəaliyyəti Azərbaycan nümayəndə heyətinin və tələbələrimizin fəallığı nəticəsində görünməz səviyyədə qalıb.

Tədbir çərçivəsində Belarus Respublikası Baş nazirinin müavini Vasili Jarkonun iştirakı ilə, Belarus Respublikası təhsil naziri İqor Karpenko və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev tərəfindən “Belarus Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında 2018-2019-cu illər dövlət gənclər siyasəti sahəsində birgə tədbirlər planı” imzalanıb.

Səfirliyin əməkdaşları və səfir Lətif Qəndilov nümayəndə heyətimiz və tələbələrimizlə birlikdə tədbirlərdə iştirak ediblər. Nümayəndə heyətimiz səfər çərçivəsində səfirliyi ziyarət ediblər. Səfirliyin muzeyində qoyulmuş musiqi alətləri musiqiçilərimiz tərəfindən səsləndirilib.

BAKI. 16.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0981
Rusiya rublu
0.0279
Hava proqnozu
+13°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010