Banerlər
Xəbərlər

 

POLŞA NAZİRLİYİNDƏ AVROPANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏN OLAN AZƏRBAYCANLILARLA GÖRÜŞ KEÇİRİLİB

Polşanın Sosial Siyasət Nazirliyində Avropa Azərbaycanlıları Konqresi (AAK) və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən gələn azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə AAK, ümumiyyətlə, Avropada azərbaycanlıların fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, son bir ildə AAK-ın rəhbərliyi ilə Avropada, o cümlədən Polşada yaşayan azərbaycanlılar yeni layihələrə start veriblər.

Nazirliyin rəsmisi M.Sveklej deyib ki, son 1 ildə Polşa tərəfindən min Azərbaycan vətəndaşına işçi vizası verilib. Əgər əvvəllər Azərbaycandan Polşaya fiziki işçi qüvvəsi gəlirdisə, artıq son vaxtlar informasiya texnologiyaları mütəxəssislərinin gəlişi üstünlük təşkil edir. Texnoloji sahədə azərbaycanlılar fəaldırlar. O, Polşadan Azərbaycana gedən turistlərin sayının artdığını da bildirib. Qeyd edib ki, buna səbəb Azərbaycanın tətbiq etdiyi elektron viza sistemidir.

Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün probleminin yaranması haqqında məlumat verilib. M.Sveklejə Xocalı soyqırımından bəhs edən video və çap materialları təqdim olunub.

BAKİ. 11.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010