Banerlər
Xəbərlər

 

BAKIDA BMX ÜZRƏ DÜNYA ÇEMPİONATINA YEKUN VURULUB

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, qadınların yarışında Niderland idmançıları ilk üç pillədə yer alıblar. Laura Smulders 35.690 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Merel Smulders gümüş, Cudi Baau isə bürünc medala sahib olublar.

Kişilərin mübarizəsində isə fransalı velosipedçilər fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Fotofinişə əsasən, 31.426 saniyə nəticə ilə Silvain Andre birinci olub. Onun komanda yoldaşı Joris Daudet ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Braziliya idmançısı Anderson Ezequiel de Souza Filho tamamlayıb.

Dünya çempionatında 43 ölkədən 1500-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0006
Rusiya rublu
0.0275
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010