Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV PERUNUN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

Səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırdı. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Mariya Milaqros Kastanyon Seoane Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu dedi.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirdi, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş etdi.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0006
Rusiya rublu
0.0275
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010