Banerlər
Xəbərlər

 

MİSİR TELEKANALINDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏN BƏHS EDƏN VERİLİŞ YAYIMLANIB

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında canlı yayımda “Mənim xanımım” proqramı Azərbaycana həsr edilib.

Verilişdə Diaspor Təşkilatları Birliyinin sədr müavini, “Aynu Şəms” Universitetinin Azərbaycan dili müəllimi Sədaqət Səmədova, diaspora fəalı, “Əl-Əzhər” Universitetinin Azərbaycan dili müəllimi İnarə Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak ediblər.

Verilişin əvvəlində ölkəmizin müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra iştirakçılar iki dövlət arasında tarixi və mədəni əlaqələrdən, Azərbaycanın tarixi, coğrafıyası, qədim və zəngin mədəniyyətindən, turizm potensialından danışıb, Ramazan ayının Azərbaycanda qeyd olunması barədə geniş söhbət açıblar.

Canlı yayımda Azərbaycan mətbəxinin ləziz təamları və milli geyimlər də təqdim olunub. Verilişin sonunda uşaqlar “Sarı gəlin” xalq mahnısını ifa ediblər, Səməd Vurğunun “Azərbaycan” şeirini ana dilində və ərəb dilində oxuyublar.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0006
Rusiya rublu
0.0275
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010