Banerlər
Xəbərlər

 

MALAYZIYANIN BAŞ NAZİRİ NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRİNİ QƏBUL EDİB

Malayziyanın Baş naziri Mahathir Məhəmməd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildiriblər ki, söhbət zamanı Baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verilib. Mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyanın müxtəlif regiolarında mövcud olan qlobal xarakterli problemlərin müzakirəyə çıxarılmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, mərkəz öz fəaliyyətində bu problemlərin həllinə töhfə verən ideya və təşəbbüslərin irəli sürülməsinə xüsusi önəm verir.

Qəbul zamanı Baş nazirə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumu haqqında da məlumat verilib. Malayziya Baş naziri foruma dəvət olunub.

BAKI. 23.07.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010