Banerlər
Xəbərlər

 

CƏBHƏBOYU ZONADA HƏRBİ HAVA QÜVVƏLƏRİNİN YENİ HƏRBİ HİSSƏSİNİN AÇILIŞI OLUB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 4-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə Nazirliyinin rəhbərliyi, həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib.

BAKI. 06.08.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010