Banerlər
Xəbərlər

 

“YARAT” UŞAQLAR ÜÇÜN YENİ YAY PROQRAMI HAZIRLAYIB

Avqustun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları nənə-babaları ilə birlikdə “Camping and Gramping” yay düşərgəsinə qatılmağa dəvət edir.

Sözügedən proqram “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgiyə həsr olunur. Ustad dərslərin mövzusu “Xəyallar”dır və iştirakçılar öz xəyallar aləmini yaratmaq imkanı əldə edəcəklər.

Ustad dərslər istedadlı kuklaçı-rəssam Leyla Qabulova tərəfindən aparılacaq.

Sonda əsərlərin yekun sərgisi açılacaq.

BAKI. 08.08.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010