Banerlər
Xəbərlər

 

QADIN VOLEYBOLÇULARDAN İBARƏT AZƏRBAYCAN MİLLİSİ XORVATİYA YIĞMASINA QALİB GƏLİB

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada hazırlıqları davam etdirir.

Komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib.

Faiq Qarayevin yetirmələri rəqibinə hər üç setdə qalib gəliblər - 3:0 (25:14, 25:19, 25:16).

Qeyd edək ki, millimiz bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır.

BAKI. 09.08.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010