Banerlər
Xəbərlər

 

VOLEYBOL ÜZRƏ AZƏRBAYCAN YIĞMASI KAMERUN MİLLİSİNƏ QALİB GƏLİB

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Sloveniyada davam etdirir.

Millimiz hazırlıq prosesi çərçivəsində Kamerun yığması ilə yoxlama oyunu keçirib. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız sentyabrın 12-də Vətənə qayıdacaqlar. Bakı toplanışı çərçivəsində millimiz Rusiyanın “Uraloçka” və “Dinamo Krasnodar” klubları ilə yoxlama oyununda gücünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq.

BAKI. 12.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9876
Rusiya rublu
0.0249
Hava proqnozu
+24°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010