Banerlər
Xəbərlər

 

LATVİYA SEYMİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Sentyabrın 20-də Latviya Seyminin nümayəndə heyəti Bakıya səfər edəcək.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaradılmasının 100 illik yubiley tədbirində iştirak məqsədi daşıyan səfər ölkəmizin Milli Məclisinin dəvəti ilə reallaşacaq.

Latviya Seymi Prezidiumunun katib müavini Qunars Kutris, Seymin "Yaşıllar və Fermerlər Birliyi" parlament qrupunun sədr müavini Armands Krauze və protokol idarəsi rəhbəri müavini xanım Zane Circanedən ibarət nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

BAKI. 13.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9876
Rusiya rublu
0.0249
Hava proqnozu
+24°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010