Banerlər
Xəbərlər

 

AĞIR ATLETİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ KƏNAN XƏLİLOV FƏXRİ KÜRSÜNÜN ƏN YÜKSƏK PİLLƏSİNƏ QALXIB

Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Yarışda yaşı 20-dək olan atletlər 69 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kiloqram (125+135) nəticə göstərən Kənan Xəlilov yarışda qızıl medal qazanıb. İkinci yeri 235 kiloqram (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kiloqram (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.

Yaşı 23-dək gənclər arasında mütləq qaliblər isə sentyabrın 14-də bütün çəkilərdə mübarizə yekunlaşdıqdan sonra məlum olacaq.

BAKI. 14.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9876
Rusiya rublu
0.0249
Hava proqnozu
+24°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010