Banerlər
Xəbərlər

 

HESABLAMA PALATASI İLƏ PAKİSTANIN BAŞ AUDİTOR OFİSİ ARASINDA ƏMƏKDAŞLIĞIN GƏLƏCƏK İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikası Hesablama Palatası ilə Pakistan İslam Respublikasının Baş Auditor Ofisi arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb, perspektiv istiqamətlər müəyyənləşdirilib.

Hesablama Palatasının mətbuat xidmətindən bildiriblər ki, qurumun sədri Vüqar Gülməmmədov Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatı) İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Pakistanın baş auditoru Cavid Cahangir ilə görüşüb.

Görüşdə ECOSAI-ın üzv Ali Audit Qurumları arasında əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib, ECOSAI-ın baş katibi və Pakistanın baş auditoru Cavid Cahangir Hesablama Palatasının təşkilata verdiyi töhfələri və regiondakı əhəmiyyətini vurğulayıb.

BAKI. 09.10.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010