Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN PREMYER LİQASI: "QƏBƏLƏ" "SABAH"I MƏĞLUB EDƏRƏK TURNİR CƏDVƏLİNDƏ BEŞİNCİ PİLLƏYƏ YÜKSƏLİB

Noyabrın 4-də Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyunu keçirilib.

Qəbələ şəhər stadionunda keçirilən oyunda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Tura hazırda oynanılan "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.

BAKI. 05.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9117
Rusiya rublu
0.0251
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010