Banerlər
Xəbərlər

 

LATVİYANIN TURİZM SAYTI AZƏRBAYCANDAKI NAR FESTİVALINDAN YAZIR

Latviyanın “travelnews.lv” turizm saytında noyabrda qeyd olunan bayramlar sırasında dünyanın bir sıra xalqlarının maraqlı adət və ənənələri yer alıb.

Bunların içərisində Azərbaycanda keçirilən Nar festivalı da var.

Məqalədə bildirilir ki, son illərdə qeyd olunmağa başlayan Nar festivalı ölkədə narın toplanması dövrünə təsadüf edir. Festival çərçivəsində ölkənin müxtəlif regionlarında yetişdirilən, fərqli dad və ölçülərə məxsus narlar nümayiş olunur. Turistlərin də həvəslə iştirak etdiyi bu festival zamanı konsertlər, müsabiqələr keçirilir, atəşfəşanlıq təşkil olunur, nardan hazırlanmış mürəbbələr, şirələr və delikateslərin dadına baxılır.

Yazıda nar barədə də məlumat verilir. Qeyd olunur ki, Azərbaycanda “meyvələrin şahı” adlandırılan narın bir ədədinin çəkisi 1.5 kiloqrama qədər ola bilər. Nar şirəsi müxtəlif xəstəliklərin müalicəsində də tətbiq olunur.

Məqalədə digər xalqların da maraqlı bayramlarının adı çəkilir.

BAKI. 07.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9117
Rusiya rublu
0.0251
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010