Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN MÜASİR TEXNOLOGİYA VƏ İNNOVASİYALARDAN İSTİFADƏ ETMƏKLƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏDƏ UĞURLARA İMZA ATIB

Azərbaycanda aparılan islahatlar pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurların əldə edilməsinə imkan yaradıb.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirməsi göstərir ki, Azərbaycan son illər uğur əldə edən əsas ölkələrdən biridir. Nəzərə alsaq ki, söhbət Avropanın beynəlxalq baxımdan kifayət qədər əhəmiyyətli qurumunun araşdırmasından gedir, aparılan islahatlar ölkəmizdə çirkli pulların yuyulması, pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, yeni bir modelin tətbiqini də həyata keçirir. Azərbaycanın bu sahədə apardığı islahatlar və tədbirlər beynəlxalq standartlara cavab verir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq tətbiq edilən qaydaların sözügedən sahədə uğurların əldə edilməsinə imkan verməsi ilə yanaşı, Azərbaycan müasir texnologiya və innovasiyalardan istifadə etməklə, çirkli pulların yuyulması, terrora qarşı mübarizədə uğurlara imza ata bilib. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar təqdirəlayiqdir. Ölkəmiz, bütövlükdə, bu sahədə şəffaflığın gücləndirilməsi və pulların leqallaşdırılmasına qarşı mübarizəni daim davam etdirir.

"Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirməsi ölkəmizdə aparılan uğurlu islahatlara bir qiymət kimi xarakterizə olunur. Genişmiqyaslı islahatlar həm də bu sahədə şəffaflığın artırılmasına, innovativ metoda əsaslanan sistemin qurulmasına, ən əsası isə beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda yeni və müasir sistemin qurulmasına gətirib çıxarıb", - deyə ekspert diqqətə çatdırıb.

BAKI. 06.12.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9230
Rusiya rublu
0.0255
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010