Banerlər
Xəbərlər

 

STOLÜSTÜ TENNİSÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ İKİ MEDAL QAZANIBLAR

Budapeştdə keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.

Turnirdə qızlardan ibarət komandamız uğurla çıxış edərək iki medal qazanıb. Yarışların ikinci günündə fərdi birincilikdə mübarizə aparan Arzu Aslanova gümüş medala sahib olub. Bundan əvvəl isə Arzu Aslanovanın, Mərziyyə Nurmətovanın və Aysu Ağayevanın yer aldığı komanda fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirdə oğlanlardan və qızlardan ibarət komandalarımız məşqçilər Elnur Hidayətzadənin və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

BAKI. 07.01.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9323
Rusiya rublu
0.0256
Hava proqnozu
+9°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010